Britni Spirs instaqram hesabını silib.
OLAY yazır ki, bir neçə gündür sənətçinin sosial media hesabı əlçatmaz olub.
Xatırladaq ki, son illərdə müğənninin psixoloji durumu tez-tez medianın diqqət mərkəzində olub. 2024-cü ilin mayında “TMZ” portalı yazmışdı ki, atasının qəyyumluğunun ləğvindən sonra Britninin emosional vəziyyəti pisləşib.
Onu da bildirək ki, qəyyumluq 2008-ci ildə məhkəmə qərarı ilə təsdiqlənmiş və 13 il davam etmişdi. Bu müddətdə Britni Spirsin maliyyə və şəxsi həyatına atası tam nəzarət edib. 2021-ci ildə müğənni məhkəmədə atasının səlahiyyətlərindən sui-istifadə etdiyini bildirərək qəyyumluğun ləğvinə nail olub. Həmin ilin noyabrında Los-Anceles məhkəməsi Britni Spirsin qəyyumluğunu rəsmi olaraq dayandırıb.