Braziliyalı təmizlik işçisi Luis Fernando Xalq artisti Aygün Kazımovanın mahnısını paylaşıb.

OLAY yazır ki, rəqs edərək zibil yığması ilə məşhurlaşan fenomen Kazımovanın “Məclis” mahnısı ilə video çəkib.

Bu anlar maraqla qarşılanıb.

Qeyd edək ki, Luis daha öncə Tarkanın mahnısı ilə video çəkmiş və viral olmuşdu.