Müğənni Roza Zərgərli onu “fiziki məhdudiyyətli” kimi qələmə verən xəbər səhifələrinə etirazını bildirib.

OLAY yazır ki, Qırğızıstanın paytaxtı Bişkekdə konsert verən müğənni səhhətində problem olduğuna görə konsert zamanı stolda əyləşib. Bu hadisə onun səhhətində ciddi problemlər olduğuna dair söz-söhbətə səbəb olub. Müğənni “Afaqla 10lar” verilişində danışaraq bu sözləri deyib:

“Bu xəbərlər bizim sosial mediada yazılanda mən çox əsəbləşdim. Bu böyük tərbiyəsizlik idi. Mənim səhhətimdə problem olduğunu neçə illərdir hər kəs bilirdi. May ayında əməliyyat oldum və artıq hər şey yaxşıdır. Sadəcə əməliyyatdan öncə və sonrakı tədbirimi təxirə sala bilmədiyimə görə biraz axsamaq hiss olunurdu”.