Türk aktrisa Pelin Karahan 12 illik həyat yoldaşı Bedri Güntay ilə boşanmasından danışıb.
OLAY yazır ki, Karahan ayrılıq prosesinin yaxşı keçdiyini bildirərək bunları deyib: “Biz çox gözəl ayrıldıq. Birlikdə boşanmağa getdik, birlikdə evə qayıtdıq. Hələ də hər gün danışırıq.”
Qeyd edək ki, 2014-cü ildə ailə həyatı quran cütlük 2026-cı ildə 14 illik evliliklərini bitirib.