Bir həftə öncə infarkt keçirən Türkiyənin məşhur müğənni və televiziya aparıcısı Fatih Ürek hələ də komadadır.
OLAY yazır ki, bu barədə türk mediasında xəbərlər yayılıb.
Qeyd edək ki, 15 oktaybrda səhər saatlarında yaşadığı evdə ürəyi dayanan sənətçi reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, Fatih Ürek “Hadi hadi”, “Sus”, “Hayde” kimi hit mahnıları və televiziyada yayımlanan “Gelinim mutfakta”, “Kuaförüm sensin” kimi aparıcısı olduğu verilişlərlə tanınıb.
