Uelsdə britaniyalı müğənni Bonni Taylerlə vida mərasimi keçirilib.
OLAY yazır ki, sənətçi iyulun 8-də Portuqaliyadakı xəstəxanada 75 yaşında vəfat edib. Mərhumun cənazəsinin vətənə gətirilməsi ilə bağlı təşkilati məsələlər səbəbindən vida mərasimi ölümündən bir aydan çox vaxt keçdikdən sonra baş tutub.
Açıq anım mərasimi avqustun 17-də Suonsidəki Müqəddəs Məryəm kilsəsində keçirilib. Kilsədə mərhumun yaxınları, dostları və dəvət olunmuş qonaqlar toplaşıb.