Türk aktyor Barış Arduç “ELLE Man” jurnalına müsahibə verib.

OLAY  yazır ki, aktyor jurnalın 5-ci buraxılışında aktyorluqda onu nəyin motivasiya etdiyini belə izah edib:

Aktor Barış Arduç, ELLE Man Türkiyə jurnalının beşinci sayında aktyorluqda onu nəyi motivasiya etdiyini belə izah edib:

“Əgər bir iş görür və onu kiməsə təqdim edirsənsə, alqış məsələsinin önəmini danmaq olmaz. Yaxşı və ya pis fərq etməz, insanların bu işlə maraqlanması və geridönüş etməsi məncə ən böyük motivasiyalardan biridir. Bundan başqa, gördüyüm işdən zövq almağım və diqqətimi tam şəkildə verə bilməyim mənim üçün çox önəmlidir. Mən yəqin ki, bunu etmək üçün varam hissini yaşamaq hər işdə çox dəyərlidir, bizim üçün də elə”.

Dubay səfəri zamanı film çəkmək istədiyi xüsusi bir yer görüb-görmədiyi soruşulduqda isə aktyor Old Town bölgəsini göstərərək bunları deyib:

“Old Town tam filmlik bir yer idi. Dubayın qəlbində yerləşən, ənənəvi ərəb memarlığının nümayiş olunduğu bir məhəllədir. Hər nə qədər sonradan salınsa da, külək qüllələri, həyətlər, tağlı keçidlər və qumdaşı rəngli fasadlarla həm müasir, həm də orijinal bir atmosfer yaradılıb. ‘Dehşət bəy’in ikinci filmini etsək, çəkilişləri orada aparmaq çox istərdim”.

“Mən yəqin ki, bunu etmək üçün varam” “Mən yəqin ki, bunu etmək üçün varam”