Aparıcı İlahə Şıxlınskaya “MilliÖn” terminallarından şikayətlənib.
OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb:
“Xəbəriniz var ki, artıq MilliÖn terminalları ilə bank hesabınıza qoyduğunuz istənilən məbləğdən faiz çıxılır?! Yəni tutalım, qoyduğunuz 500 manatdan əlavə üstəlik 5 azn də faiz ödəməlisiniz. Şəxsi kartınıza! Əvvəl konkret limit var idi. Təzəlikcə bunu etdilər - MilliÖn yazır ki 1 faizdən başlayaraq və daha yuxarı faiz ödəməlisən. Banklar bizi məcbur edir ki, konkret bank terminalından istifadə edək, MilliÖn filan olmasın. Adam bilmir gülsün ya ağlasın”.