Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, yanğın zamanı ölən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı Bakı Milli Geyim Evinin rəhbəri imiş.
Xatırladaq ki, yanğında xəsarət alan 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.