Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakı konsertini təxirə salıb.
OLAY yazır ki, aprelin 12-i baş tutması planlaşdırılan tədbir mayın 10-a keçirilib. Demet Bakıda yağışlar zamanı çəkilən videonu paylaşaraq hava şəraitinə görə, bu addımı atdığını yazıb.
“Sayın Heydər Əliyevin ad günündə Abşeronda görüşmək üzərə...”, - deyə, qeyd edib.