Azərbaycan Televiziyası uzun zaman sonra gündəlik serial istehsalına başlayıb.

OLAY yazır ki, baş rollarında Əməkdar artist Sənubər İsgəndərli və Xalq artisti Füzuli Hüseynovun oynadığı ekran işi “Dirilən adam” adlanır. Layihədə həmçinin Əməkdar artist Ayşad Məmmədov, Səmimi Fərhad, Yasin Həzirə, Aydan Həsənzadə kimi aktyorlar da yer alır.

Serial dekabrın 1-dən həftə içi hər gün saat 22:00-da yayımlanacaq.