Tanınmış xanəndə İranda hava limanında saxlanılıb.
OLAY Manset.az-a istinadən yazır ki, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən aeroportda saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib. Lakin o, ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
***
Məsələ isə bağlı Qəzənfər Abbasov “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.