“Azərbaycan heç bir kənar təsirin və ideoloji qarşıdurmanın sınaq meydanı olmamalıdır!”.
OLAY yazır ki, bu sözləri instaqramda model Günay Musayeva yazıb. Sənətçi fikirlərinə bunları qeyd edib:
“Bu ölkədə hər kəs öz inancına və düşüncəsinə sahib olmaqda azaddır. Lakin azadlıq başqalarının hüquqlarını pozmaq, cəmiyyətdə gərginlik yaratmaq və uşaqların təhsil mühitinə müdaxilə etmək demək deyil. Dünyəvi dövlət quruluşumuz, milli qanunlarımız və suverenliyimiz Azərbaycanın dövlətçilik dayaqlarıdır. Heç bir ideologiya Vətəndən, heç bir maraq xalqın təhlükəsizliyindən üstün ola bilməz. Unutmayaq, elm ibadətdən üstündür. Azərbaycanın gücü isə birliyindədir!”.