Yunanıstanın Avroviziya təmsilçisi Marina Satti mətbuat konfransında Azərbaycanın adını çəkib.

OLAY yazır ki, o, türk jurnalistin “Siz həm də Balkan yarımadasını və Türkiyəni də təmsil edirsiniz” sözlərindən sonra bunları deyib:

“Bunu dediyin üçün təşəkkür edirəm.  Həqiqətən də Türkiyəni sevirik. Bunu burada sizinlə bölüşürəm, mənim musiqi müəllimim  var idi. Türkiyədən, Yunanıstandan, İrandan, Azərbaycandan mahnılar dinləyirdik. 

“Azərbaycan mahnıları dinləyirdik” - Yunanıstan təmsilçisiNiyə bu qədər ortaq cəhətin olduğunu anlamağa çalışırdım. Eyni zamanda fərqlilikləri anlamaq istəyirdim. Müəllimim əsla unuda bilməyəcəyim bir şey dedi: “Bu mədəniyyətin yaşı o bölgənin ənənəsindən və ölkə sərhədlərinin yaşından çoxdur. Ona görə sizinlə çox şey paylaşırıq. Buna görə də öz mədəniyyətimizi nümayiş etdirməyimiz və avropanın buna rəqs edib əylənməsi çox həyəcan vericidir”.