Əməkdar müəllim Qəzənfər Abbasovun müğənni Azad Şabanovla bağlı şərhi müzakirə yaradıb.
Abbasov “İncə səhər”də muğam oxuyan Azadın müəllimi kimi onun adını çəkmədiyini iddia edib:
“Azad Şabanova mən dərs demişəm. Heç olmasa adımı çəkərdin. Kimdən öyrəndiyin bəlli olardı”.
OLAY-ın məlumatına görə, Azad sözügedən proqramda ona muğamı Q. Abbasovun öyrətdiyini bildirərək ona salam göndərib.