Məşhur türk reper Sefo keçmiş sevgilisi Çağla Bozun narkotik əməliyyatı çərçivəsində saxlanılması və məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılması ilə bağlı sualları cavablandırıb.
OLAY yazır ki, Sefo “Səssiz qalmaq istəyirəm. Hazırda qarşı tərəf də çətin bir prosesdən keçir, ona görə danışmamaq daha yaxşı olacaq” deyə bildirib.
Məşhur reper “Hadisədən xəbəriniz var idi?” sualına isə “Mən belə bir şey olduğunu düşünmürəm. Görüşdüyümüz müddətdə pis bir insanla vaxt keçirməmişəm. Razılaşa bilmədik, ayrıldıq. Bunun həmin məsələ ilə heç bir əlaqəsi yoxdur” deyə cavab verib.