Xalq artisti Aygün Kazımova Zəfər Gününün 5 illiyi münasibətilə tamaşaçıların qarşısına yeni bəstə ilə çıxıb.

OLAY yazır ki, estrasa ulduzunum mahnısı “Mərd adam” adlanır.

Bulvarda keçirilən xalq konsertində səhnə alan sənətçu bu mahnını ilk dəfə məhz “Zəfər konserti”ndə səsləndirib.

Mahnının sözləri və musiqisi Vüqar Şiriyevə məxsusdur.

“Zəfər konserti”nə xüsusi hazırlaşan Kazımova milli ornamentlərlə bəzədilmiş fərqli səhnə libasında, rəqqasların müşayiəti ilə möhtəşəm çıxış təqdim edib.