Türkiyədə yaşayan professor Aygün Attar iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində ilk dəfə Cənubi azərbaycanlı həyat yoldaşı Sadık Attardan danışıb.
OLAY yazır ki, A.Attar Təbrizdən olan həyat yoldaşı ilə tanışlıq hekayəsini açıqlayıb:
“Nihat Çetinkayanın Azərbaycan Mədəniyyətini tanıtmaq məqsədilə yaratdığı dərnək var idi. Nihat qardaş demişdi ki, qızım, Azərbaycanı tanımaq istəyirlər, bizə özünüzdən danış. Ora getmişdim, həyat yoldaşım da Ankarada yaşayırdı. Amma Güney azərbaycanlı olduğu üçün Azərbaycanla bağlı, ölkəmizdən bəhs edən bir iclasda iştirak etmək istəyib. Əslində o iş adamı idi, İstanbula da iş üçün gəlmişdi. Lakin bunu fürsət bilib, Vətənin o biri tayını dinləmək üçün tədbirə gəlmişdi. Biz də elə tanış olmuşduq”.