Məşhur türk prodüser Erol Kösenin vəfatından sonra mirası ilə bağlı məsələ məhkəməyə daşınıb.
OLAY yazır ki, prodüserin yeganə varisi olan qızı Dijan Nazlan Köse atasından ona qalan mirası qeyri-şərtsiz rədd edib.
Onun qızı sosial mediada bunları deyib:
“Doktor Erol bəy, qəlbimdə sonsuz sevgin, mənə qoyub getdiyin ən böyük mirasındır. Zəkanla, yaratdığın əsərlərlə sonsuza qədər həmişə mənimləsən və hər nəslin sevdiyi musiqilərinlə sən daim yaşayacaqsan.”
Qeyd edək ki, Erol Köse özünü hündürmərtəbəli binadan ataraq intihar etmişdi.
Atasının mirasından imtina etdi