Əməkdar artist Zakir Əliyev atası haqqında danışarkən kövrəlib.
OLAY yazır ki, “Rəngarəng” verilişində qonaq olan sənətçi bu sözləri deyib:
“Yaşasaydı 2 ildən sonra 100 yaşı olacaqdı. Heç olmasa məni səhnədə görməyini istəyərdim. Mən anama daha çox bağlı olmuşam. Atam tez vəfat etdiyinə görə o hissləri çox yaşamamışam. İndi ata öz övladları ilə sərbəst olur. Əvvəllər övladını qucağına almaq belə olmazdı. İndi artıq ata-oğul arasında sərbəst münasibət yaranıb. Övlad öz düşüncələrini sərbəst şəkildə bölüşə bilir. Bizim vaxtımızda belə şeylər yox idi”.