Ötən gün ata olan Kaan Urqancıoğlu jurnalistlərə açıqlama verib.

OLAY yazır ki, xəstəxananın həyətində sualları cavablandıran Kaan müxbirlərə şokolad paylayıb.

O bildirib ki, oğlu Ardıç dünyaya gələndə çəkilişdə olub və oradan birbaşa xanımının yanına gəlib.

Xatırladaq ki, Kaan Burcu Denizerlə evlidir.