"ARB Media Qrup" mediada yayılan məlumatları təkzib edib.

Bu barədə OLAY-a verilən açıqlamada bildirilib:

“Son günlər sosial şəbəkə platformalarında "ARB Media Qrup"un və ona bağlı televiziya kanallarının adından istifadə olunaraq müxtəlif saxta profillər yaradıldığı və bu profillər vasitəsi ilə saxta iş elanları verildiyi, eləcə də istifadəçilərin aldadılmasına yönələn addımlar atıldığı müşahidə olunmaqdadır.

"ARB Media Qrup" rəsmi olaraq bəyan edir ki, bu saxta profillər heç biri quruma aid deyil. Həmin hesablar vasitəsilə yayılan istənilən məlumat və ya kontent "ARB Media Qrup"-un rəsmi mövqeyini əks etdirmir”.