Araz Radiosunun 15 illik yubileyinə özəl hazırlanan “Yeni Avaz 3” layihəsi bu dəfə xüsusi konseptlə təqdim olunub.
OLAY yazır ki, 15 ilin əhit mahnıları bu dəfə gənc ifaçıların təqdimatında tamamilə yeni nəfəs qazanıb.
Layihənin əsas özəlliyi isə odur ki, bu dəfə səhnə gənclərindir!
Gənc ifaçılar 15 il öncə hit olmuş mahnıları öz tərzlərində təqdim edərək, həm nostalji hisslər yaşadır, həm də musiqiyə müasir baxış qatırlar.
“Sən və Mən” (ilk ifaçı: Röya Ayxan, bəstəkar: Hacı Nazim) – Anaranın ifasında yeni ruhda
“Dəli Küləyim” (ilk ifaçılar: Röya Ayxan, Samira AliMəryəm, bəstəkar: Muxtar Abseynov) – Melayın təqdimatında fərqli enerji ilə
“Mənə Bax” (ilk ifaçı: Elton, bəstəkar: Hacı Nazim) – “Naz” vokal ansamblının özəl təqdimatında
“Mənim Mənim” – (Tapar məni adı ilə tanınan) (ilk ifaçı: Flora Kərimova) – Rahib Mirzoevin ifasında fərqli tərzdə
“Buludlar” (ilk ifaçı və bəstəkar: Ceyhun Zeynalov/İsmayıl Əsədov) – Amir Paşayevin dinamik təqdimatında
“Təyyarələr” (ilk ifaçı: Natavan Həbibi, bəstəkar: Murad Arif) – Elgün & Səbinə duetində yeni çalarda
“Bir Sevgim Var” (ilk ifaçı: Sevda Ələkbərzadə, bəstəkar: Muxtar Abseynov) – Könülün ifasında tamam başqa hisslərlə