Biznesmen Araz Ağalarovun həyat yoldaşı İrina Ağalarovadan boşandığı iddia olunub.
OLAY yazır ki, bu barədə “Adolfino Berlusconi” teleqram kanalı məlumat yayıb.
Onlar bildirib ki, A. Ağalarov hətta növbəti dəfə ailə qurub.
Milyarderin evləndiyi, Alyona İvanovanın 27 yaşının olduğu iddia edilir.
Аlyona hətta bütün sosial şəbəkələrində adını dəyişib, həmçinin fərdi sahibkarlığının adında da dəyişiklik edib.
Qeyd edək ki, A. Ağalarov instaqramda sözügedən xanımı izləyir.
Xatırladaq ki, A. Ağalarov İrina Ağalarova ilə 40 il öncə ailə qurub. Onların bu evlilikdən iki övladı var.