Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı televiziya müzakirəsinə qoşulub.

OLAY yazır ki, o, feysbuk səhifəsində bu fikirləri qeyd edib:

“Müğənnicikləri niyə qınayırsınız ki? Onları “müzakirə mövzusuna” çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə “aparıcılar”dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz!  Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir”.