Hollivud ulduzu Antonio Banderasın qızı Stella instaqramda toy görüntülərini paylaşıb.
OLAY yazır ki, 29 yaşlı qız əslində heç vaxt toy haqqında xəyal qurmadığını, lakin Aleks Qruşinski ilə olan sevgi münasibətlərinin dərinliyini vurğulamaq istədiyini bildirib.
O, ən yaxşı dostu ilə evləndiyi və bütün ailəni bu gözəl hadisə ilə bağlı bir araya gətirdiyi üçün inanılmaz dərəcədə xoşbəxt olduğunu qeyd edib.