Uzun illərdir “Met Gala”nın təşkilatçısı və ABŞ Vogue jurnalının keçmiş baş redaktoru Anna Vintur Meqan Marklı boykot etdiyini açıqlayıb.
OLAY yazır ki, Anna şahzadə Harinin həyat yoldaşının bir addımını bağışlamayıb: 2019-cu ildə Meqan “ABŞ Vogue” ilə əməkdaşlıq etmək əvəzinə, o dövrdə “Britaniya Vogue”un rəhbəri olan Edvard Enninfulla iş birliyi qurub. Bu, Edvardla Annanın arasında olan qızğın rəqabət zamanı baş verib.
Məlumata görə, Meqanın bu hərəkəti Annanı qəzəbləndirib. Bundan da əlavə bildirilib ki, Meqan götürdüyü paltarların pulunu vermir və onları geri qaytarmır.
İndi isə Enninful vəzifəsindən ayrılıb və Annanın təsiri daha da artıb. Məhz buna görə Meqan Markl “Met Gala”da və bunun kimi tədbirlərdə görünmür