Prezident İlham Əliyevin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün ad günü olan Xalq şairi Ramiz Rövşənin evində qonaq olub.

OLAY yazır ki, bununla bağlı A. Ələkbərovun rəsmi instaqram səhifəsində paylaşım edilib:

“Dəyərli Xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi.

Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir.

Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram”.

Anar Ələkbərov Ramiz Rövşənin evində…