1972-ci ildən bəri Hürriyet Kelebek tərəfindən təşkil olunan, keçən il 50-ci dəfə sahiblərinə təqdim edilən musiqi və televiziya dünyasının ən nüfuzlu mükafat mərasimlərindən biri olan Altın Kelebeklə bağlı yenilik yaşanıb.

OLAY yazır ki, hər il namizədlərin açıqlanması ilə birlikdə gündəmə gələn və müzakirələrə səbəb olan bu mərasim bu dəfə son illərdə olduğu kimi dekabrda baş tutmayacaq.

Cem Davran və Çağla Şıkelin təqdim etdiyi məşhur mərasimin yeni tarixi hələlik açıqlanmayıb. Gecənin əsas sponsoru olan “Pantene”nin müqaviləsinin isə ötən il keçirilən “50-ci il” mərasimi ilə birlikdə başa çatdığı bildirilib. Yeni sponsorun kim olacağı və mərasimin nə vaxt keçiriləcəyi isə maraqla gözlənilir.

Altın Kelebek “Pantene”dən ayrıldı!