Məşhur aktyor Oktay Kaynarca “Bebek Oteli” çərçivəsində aparılan narkotik istintaqı ilə bağlı ifadə vermək üçün prokurorluğa çağırılıb.

OLAY yazır ki, açıqlamada qeyd olunur ki, Kaynarca istintaq çərçivəsində ifadə verəcəyini bildirib və bu barədə etdiyi qısa açıqlamada “Alnım açıq, başım dik” sözlərini işlədib.

Aktyor əlavə edib ki, məhkəmə-tibb nəticələri tamamlandıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Uzun illərdir narkotiklə mübarizə apardığını və bu mövzuda həyata keçirilən bütün qanuni əməliyyatları dəstəklədiyini vurğulayıb.