Müğənni Almaxanım Əhmədli instaqramda yeni paylaşım edib.

OLAY yazır ki, o ötən gün baş tutan konsertindən görüntülər paylaşaraq bu sözləri yazıb:

“Əzizlərim,hər birinizə bu gözəl anlara görə təşəkkür edirəm. Möhtəşəm və unudulmaz bir gecə yaşadıq. Dünən konsert təkcə oxumaq deyil, hər baxış, hər not, hər alqış - hamısı görüntülərdə və yaddaşlarda xatirəyə çevrildi”.