"Mən çoxdandır Alimi tənbeh etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdi. Sonra Xalq artisti oldu, məşhurlaşdı, ona görə də heç nə demirəm".
OLAY yazır ki, bu sözləri xanəndə, qəzəlxan Ağakərim Nafiz APA-ya müsahibəsində deyib.
O bildirib ki, Alim Qasımov institutu bitirəndən sonra tələbə kimi onun yanına gəlib:
"Onu da deyim ki, muğam ifa edərkən oturmağın da öz qaydası var. Məsələn, Alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O yerdə düz oturmur. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq".