Aleyna Tilki faciəvi şəkildə vəfat edən arabesk müğənnisi Güllünün mahnısını oxuyacaq.

OLAY yazır ki, bu barədə müğənni özü məlumat verib. O instaqram səhifəsində Güllünün mahnısını ifa edərkən çəkilən görüntülərini paylaşaraq bu sözləri yazıb:

“Güllü arabesk dünyasının ən böyük səslərindən biridir. Hər zaman səsindən çox təsirlənmişəm. Yeni albomda fərqli mahnılar olsa da, yaxında Güllü və musiqisini anmaq üçün özəl bir arabesk mahnı paylaşacağam sizinlə”.

Tilkinin Güllünün “Oyuncak gibi” mahnısını oxuyacağı bildirilib.

Aleyna Tilki Güllünün mahnısını oxuyacaq