“Qəddar oyunlar” və “Qanuni sarışın” filmləri ilə tanınan 54 yaşlı aktrisa Selma Bler “Delta” aviaşirkətinə məxsus təyyarədə baş verən hadisədən sonra saxlanılıb.

OLAY yazır ki, uçuş zamanı aktrisa təyyarənin qapısını açmağa cəhd edib və onu dayandırmağa çalışan iki stüardessaya hücum edib.

Hadisə Los-Ancelesdən Nyu-Yorka uçan 938 saylı reysdə baş verib. Təyyarə yerə endikdən sonra Bler saxlanılıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb.

TMZ-nin məlumatına görə, oktyabrın 12-də aktrisa həkimlərin nəzarəti altında qalmaqda davam edib. Hər iki stüardessa xəsarət alıb, onlardan birinin isə xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Aktrisa təyyarədə işçilərə hücum etdi, saxlanıldı