Əməkdar artist Suğra Bağırzadə açıqlamaları ilə gündəm olub.

OLAY yazır ki, sənətçi gənc qalmasının sirrini bölüşüb. Aktrisa deyib ki, qadın başdan ayağa gözəl geyinməlidir:

"Gözəl alt paltarı, ətək, kofta, qadının qarderobunda mütləq olmalıdır. Bir dəfə məşhur bir aktrisa prodüserinə deyir ki, niyə mənə bu qədər gözəl alt paltarı alırsınız? Axı bunu heç kim görmür. Prodüser cavab verir ki, heç kim görmür, amma siz bilirsiniz. Buna görə də qadın başdan ayağa qədər gözəl geyinməlidir. Bəzi qadınlar yaşını gizlədir. Amma mənim bir aydan sonra 79 yaşım olacaq”.