Xalq artisti Naibə Allahverdiyeva paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, Əməkdar artist Çingiz Əhmədovla fotosunu paylaşan sənətçi bunları yazıb:
“Aktyor olmaq səhnədə başqasının həyatını yaşamaq deyil. Öz həyatını sadəcə içində susdurmaqdır. Aktyor yüz dəfə ölür, dirilir. Hər oynadığmız obraz bir parca ürək aparır bizdən. Biz sadəcə bu rolu oynadıq" deyə, düşünsək də, o şüuraltımızda öz izini qoyur. Dəfələrlə səhnədə xəsarətlər alırıq (ayağımız, qolumuz və sairə) və ömürlük bunların fəsadını yaşayırıq. Biz sənətdə həm sevilirik, həm tənqid olunuruq. Adi insan bəlkə də buna dözməz. Biz dözürük. Ona görə yox ki, bizə təsir etmir, biz də insanıq. Sadəcə, bizi sevənlərin və sənətin xatirinə dözürük. Deyirlər acısı da şirin olur məhəbbətin. Azərbaycan aktyorları əsl fədaidirlər. Açıqlaması isə məndə qalsın”.