Müğənni Lətifə Soyuöz instaqramda maraqlı paylaşım edib.

OLAY yazır ki, o ad günündə restoranların birində “Qarabağ-Napoli” matçını izləyərkən ailəsi ona sürpriz edib. Soyuöz həmin görüntüləri instaqram səhifəsində bu başlıqla paylaşıb:

“Gecə yarısı 00:00-da ailəm və dostlarım mənim üçün çox gözəl bir sürpriz etdilər. Restorana daxil olanda heç nə gözləmirdim, amma məni qarşılayan sevgi və səmimiyyət gecəmi unudulmaz etdi.

Həmin anda Qarabağ-Napoli oyunu gedirdi. Nəticə necə olsa da, bizim üçün Qarabağ həmişə qalibdir. Ədalətsiz hakimin qərarına baxmayaraq onlar ürəklə oynadılar və qəlbimizdə hər zaman birincidirlər.

Bütün təbriklərə və xoş sözlərə görə hər birinizə təşəkkür edirəm”.

Ad günündə “Qarabağ”ın oyununu izlədi