Əməkdar artist Abbas Bağırov Gəncəyə köçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb.
OLAY yazır ki, A. Bağırov instaqramda bu sözləri yazıb:
“”Mən Gəncəyə köçmüşəm” başlıqlı xəbərlər – açığı, bir az da kreativ fantaziyanın məhsuludur. Ən doğrusu isə budur: bayram günlərində Gəncədə və digər gözəl bölgələrimizdə vaxt keçirməyi çox sevirəm və buna üstünlük verirəm. Qoy olsun, lap Gəncəyə köçüm! Axı Gəncə haradadır – 10.000 km uzaqda? Gözəl Gəncəmiz də, digər füsunkar bölgələrimiz kimi, doğma Azərbaycanımızın bir parçasıdır! Sadəcə bəzən istirahət edirik, ilham alırıq. Dərhal “köçdü” xəbərinə çevrilir
Amma bir xahişim var, arada yaradıcılığımızdan da bir- iki sətir yazın, hörmətli və çox dəyərli mətbuat nümayəndələri”.