Hollivud ulduzu Cared Leto on qadının onunla bağlı təcrübələrini bölüşdüyü bir sənədli filmin mövzusuna çevrilib.
OLAY yazır ki, həmin qadınlardan dördü Letonun onlar yetkinlik yaşına çatmamışkən özlərinə qarşı cinsi təcavüz etdiyini iddia edib.
Aktyorluqla yanaşı, “Thirty Seconds to Mars” adlı rok musiqi qrupunun da üzvü olan Leto haqqında iddia irəli sürənlər arasında onun musiqi qrupunda birlikdə çalışdığı iki kişi də yer alır. Komanda üzvləri sənədli filmdə qrupun Letonun davranışlarından narahat olduğunu bildiriblər.