Hazırda əkiz uşaqlara hamilə olduğu ilə bağlı iddialarla gündəmə gələn Rihanna uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxıb.
OLAY yazır ki, 38 yaşlı ifaçı Cey-Z-nin Nyu-Yorkda keçirilən yekun konsertində çıxış edib. Rihanna səhnəyə köynək və bədənə kip oturan qısa dəri şalvarda çıxıb. O, obrazını kəmər aksesuarları ilə tamamlayıb.
Rihanna və Cey-Z birlikdə məşhur “Run This Town” hitini ifa ediblər. Bundan əlavə, müğənni özünün “Bitch Better Have My Money” mahnısını da səsləndirib.