Reper və bloger İnstasamka Telegram kanalında yeni idman avtomobili aldığını bildirib.
OLAY yazır ki, sənətçi gümüşü rəngdə McLaren 750S Spider markalı idman avtomobili alıb. Sənətçi maşının şəklini də paylaşıb və alışın ona 30 milyon rubla (təxminən, 642 min manat) başa gəldiyini qeyd edib.
Instasamka 2021-ci ilin noyabrından prodüser Oleg Yeropkinlə (Moneyken) evlidir. Cütlük yaxın çevrədə toy edib. İki ildən sonra isə Yeropkin və repçinin qızlıq soyadı ilə tanınan Zoteyeva ikinci toy mərasimi keçiriblər.
Aprel ayında Yeropkina həyat yoldaşı ilə birlikdə “Çertanovo-Media” futbol klubunu aldıqlarını açıqlayıb. Klubda tam rebrendinq aparılıb — komandanın heyəti, adı və forması dəyişib. Komandanın rəngi də mavi əvəzinə qırmızı olub. Instasamka yeni forması ilə futbol meydanından promorolik yayımlayıb.
Yeropkinin sözlərinə görə, idmançıları komandaya yalnız Instasamkanın razılığı ilə qəbul edirlər. Prodüser bildirib ki, repçi futbolçuları seçərkən astroloqiyadan və mistik tipləşdirmələrdən istifadə edir.