Əməliyyatlardan sonra “Barbi” kimi tanınan Bloger Barbara Yankavski 2 noyabrda Braziliyanın San-Paulunun qərb hissəsindəki Lapa rayonunda vəfat edib.
OLAY yazır ki, bu barədə “Daily Star” məlumat yayıb.
Polis onun ölümünü “şübhəli hadisə” kimi təsnif edib — hazırda ekspertiza nəticələri gözlənilir. Yerli mediaya görə, Yankavskinin gözündə zədə, kürəyində isə göyərmələr aşkarlanıb.
Evin sahibi — 51 yaşlı vəkil — polisə bildirib ki, həmin günü “Barbi” ilə birlikdə olub və onu intim xidmət üçün işə götürüb. Onun sözlərinə görə, birlikdə narkotik maddə qəbul ediblər, daha sonra qız alt paltarı ilə televizora baxarkən yanında yatıb.
Vəkilin sevgilisi, həmin gün evdə olub, lakin Yankavskinin ölümündən əvvəl oradan gedib. O, polisə deyib ki, bloger səhər tezdən yıxılaraq gözünü zədələyib.
Qeyd olunur ki, Barbara Yankavski həyatında 27 plastik əməliyyat keçirmiş, onlara ümumilikdə 42 min funt sterlinq xərcləmişdi. Sosial şəbəkələrdə məşhurlaşdıqdan sonra o, televiziya proqramlarında və reklam kampaniyalarında da iştirak edib.