Aktyor Müşfiq Şahverdiyev 3 ildir ki oğlunu görmədiyini açıqlayıb.
OLAY yazır ki, o “Günə uğurla” verilişində qonaq olarkən bu barədə danışaraq kövrəlib:
“Oğlum Murad Ukraynada yaşayır. Sonuncu dəfə 3 il əvvəl görmüşəm. Anası ilə birgə yaşayır. O ölkədə müharibə olduğu üçün birbaşa uçuş yoxdur, vətəndaşlığı olmayan şəxslərin getməyi problemlidir. Təəssüf ki, onlar da bura gəlmir. Bu il oğlum 1-ci sinfə başladı. Hər gün telefonla danışırıq, deyirəm dərslərini yaxşı oxu”.