Futbolçu Kriştianu Ronaldo şəxsi bloqunda evləndiyini elan edib və barmaqlarında nikah üzükləri olan əllərinin fotosunu paylaşıb.
OLAY yazır ki, futbolçu nəhayət sevgilisi Corcina Rodrigez ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Cütlük nikah üçün sadə qızıl üzüklərə üstünlük verib.
Xatırladaq ki, Ronaldo və Corcina 2016-cı ildən birlikdədirlər, nişanları isə ötən ilin avqustunda baş tutub.