Yutub platformasında 140 ildən artıq davam edən qeyri-adi video paylaşılıb.
OLAY yazır ki, bu barədə REN TV məlumat yayıb.
Məlumata görə, video 5 yanvar tarixində platformaya yüklənib və qısa müddət ərzində təxminən 3 milyon baxış toplayıb. Maraqlısı odur ki, videoda nə səs var, nə də görüntü. Kontentin müəllifi kimi isə guya KXDR-də (Şimali Koreya) qeydiyyatdan keçmiş bir hesab göstərilir.
Şərh bölməsində istifadəçilər bu cür məzmunun YouTube-un texniki nasazlıqları ilə əlaqəli olduğunu zarafatla qeyd ediblər. Kanal sahibinin profilində bundan əlavə 294 saatlıq tammetrajlı video və 150 saat davam edən Shorts formatlı qısa video da yer alır.
Buna baxmayaraq, YouTube alqoritmlərinin heç bir faydalı məlumat daşımayan bu qəribə videonu aktiv şəkildə istifadəçilərə tövsiyə etməsi diqqət çəkib.