Avroviziya qalibimiz Nigar Camal “Maska” şousu ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, 29 martda start götürəcək yarışmada dedektiv masasında əyləşəcək.

Sənətçi hazırlıq prosesindən video paylaşaraq bu sözləri yazıb:

““Maska” mövsümü başlayır. Ümid edirəm, həssas qrupdan olub, “şou-biznes”də olmağa cəhd göstərənlər sözlərimi yanlış anlamayacaq 🤣 Çünki yenə dilimi dinc qoymamışam”.

Qeyd edək ki, dedektivlər masasında Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva və müğənni Murad Arif də var.