Müğənni Günel Zeynalova paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi qırmızı, dekolteli libasda videosunu paylaşaraq bunları yazıb:
“Allahı sevirəm. Yaradana görə yaradılanları da sevirəm. Hər hekayə, yaşadığımız hər şey insana təcrübədir. Çalışın dürüst, nə istədiyini bilən xarakterli olun. Qəlbinizi susdurmayın, dinləyin, sevilin. Bu dünyanı da, insanları da sevgi xilas edəcək”.