Mətbuat Şurasının sədri Rəşad Məcidlə aparıcı Zaur Baxşəliyev mübahisələrindən sonra ilk dəfə üz-üzə gəlib.

OLAY yazır ki, onlar “44” filminin qalasında qarşılaşıb. R. Məcid Zaurla söhbətində artıq TikTok hesabı açdığını bildirib.

Qeyd edək ki, bir müddət öncə R. Məcid “85 yaşlı anam TikTok-dan əvvəl ayda 3 kitab oxuyurdu. İndi şit lağlağılara baxır” açıqlamasını vermiş Zaur isə ona etiraz edərək “Bu nə yanaşmadır? Bu nə düşüncədir? Bu da ziyalımız? Dünya süni intellektin təkmilləşmə fonunda az qala insan əməyindən imtina edir. Biz hələ TikTok-un əxlaqımıza təsirində qalmışıq?” - deyə bildirib.