Avroviziya təmsilçimiz Tural və Turan Bağmanovlar qardaşlarının klip çəkilişləri yekunlaşıb. 

OLAY-ın əldə etdiyi məlumata görə, 10 mart tarixində Bakıda azərbaycanlı heyət tərəfindən “Avroviziya-2023” mahnımız ekranlaşdırılıb. 

Tural və Turanın klip çəkilişləri tamamlandı

Ekran işinin əsas süjet xətti Tural və Turanın üzərində qurulub. Onlar 3 fərqli səhnədə çəkiliblər.

Klipin hazırlıqları bir gün ərzində  tamamlanıb. İngilis dilində təqdim olunacaq “Tell Me More” adlı mahnının müəllifləri qardaşların özüdür. 

Bəstənin aranjımanı isə Nihad Əliyevə məxsusdur.

Tural və Turanın klip çəkilişləri tamamlandı Tural və Turanın klip çəkilişləri tamamlandı