Aktrisa Aslı Bekiroğlu teatr tamaşası zamanı bədbəxt hadisə yaşayıb.

OLAY yazır ki, baş rolda çıxış etdiyi “Sil Baştan” adlı teatr tamaşası zamanı aktrisa Aslı Bekiroğlu talehsiz qəza ilə üzləşib. Tamaşa əsnasında dekor qapının başına düşməsi nəticəsində böyük şok yaşayan Bekiroğlu baş verən hadisədən sonra tamaşaçıları həyəcanlandırıb.

Səhhəti ilə maraqlanan sevənlərinə məlumat verən tanınmış aktrisa “Yaxşıyam, yaxşı olacağam” deyərək vəziyyətinin stabil olduğunu bildirib. O, bu həftə əməliyyata girəcəyini də açıqlayaraq, “Bu cür zədə ilə əməliyyata girəcəyimi düşünmək mənim üçün də şok oldu!” sözlərini deyib.